Tam gömrük təmsilçiliyi

Adından göründüyü kimi bu xidmətimizdən yararlanmaqla, bizə verdiyiniz etibarnamə əsasında sizin tapşırığınız ilə sizin adınızdan, sizin mənafəyiniz üçün kompleks gömrük əməliyyatlarını yerinə yetiririk.Bunlara aiddir : gömrük bəyyanaməsinin yazılması, gömrük orqanlarında gömrük prosedurlarına uyğun olaraq rəsmiləşmənin bütün mərhələlərində iştirak etmək, malların gömrük anbarından təhvil alınaraq sizin ünvana çatdırılmasını təmin etmək.

Gömrük bəyannamələrinin tərtibi

Gömrük rəsmiləşdirilməsi - Gömrük Məcəlləsinə əsasən malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir.

"Customs Office" gömrük prosedurlarına uyğun olaraq, bütün növ gömrük bəyannamələrini sizin tapşırığınızla, öz adından, sizin mənafeyiniz üçün tərtib edir.

Gömrük prosedurlarına uyğun olaraq aşağıdakı gömrük bəyannamələri tərtib edilir:

1. İdxal bəyannaməsi

2. Qısa idxal bəyannaməsi

3. İxrac bəyannaməsi

4. Daxildə və xaricdə emal bəyannamələri

5. Gömrük anbarında saxlanc və müvəqqəti saxlanc bəyannamələri

6. Müvəqqəti ixrac və müvəqqəti idxal bəyannamələri

7. Son istifadə bəyannaməsi

8. Təkrar idxal bəyannaməsi

9. Təkrar ixrac bəyannaməsi

10. Qısa ixrac bəyannaməsinin doldurulması

11. Natamam bəyannaməsinin doldurulması

12. Sadələşdirilmiş bəyannamənin doldurulması

13. Təkrar İxrac Bildirişinin tərtibi

14. Sadələşdirilmiş bəyannamənin (yardım yükləri) doldurulması

Sertifikat və icazələrin alınması

Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərlə birlikdə müəyyən icazə alınması tələb olunan mallar var ki, bu malların ica sənədlərini nəqliyyat vasitələri gömrük postuna daxil olan zaman təqdim etmək gərəkdir.Məhz bu malların adlarını müəyyənləşdirmək, icazə sənədlərinin alınmasında sizlərə kömək və ya iştirak edərək yarana biləcək riskləri peşəkar heyyətimizlə qabaqlayırıq.

  • Qida Fitosanitariya Baytarlıq Sertifikatı -Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  • Gigiyenik Sertifikat- Respublika Sanitar-Karantin Mərkəzi
  • Tibbi Məhsulların və Avadanlıqların idxal icazəsi -Səhiyyə Analitik Ekspertiza Mərkəzi
  • Mənşə sertifikatı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İxrac zamanı sənədlərin hazırlanması

İxrac zamanı yol müşayiət sənədlərinin hazırlanması (CMR, invoys, müqavilə və s.)


Ödənişsiz konsultasiya

Gömrük rəsmiləşdirmələri üçün tələb olunan sənədlərin siyahısı, idxal və ya ixrac əməliyyatları zamanı ödənişlər və gecikmələr zamanı cərimələrin məbləği, bir sözlə, bütün gömrük rəsmiləşdirmə əməliyyatları ilə bağlı suallarınıza ödənişsiz olaraq, ətraflı cavab verir və optimal həll yollarını təklif edirik.

Digər yardımcı xidmətlər

  • XİF MN kodlarınının müəyyən olunması.
  • Gömrük ödənişlərinin öncədən hesablanması.
  • Kompleks tranzit əməliyyatı xidməti.
  • Sifariş əsasında malların Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsinə təqdim edilməsi.
  • Yüklərin sığortalanmasının təşkili.
  • Yüklərin daxili daşınması.
  • Xarici tərəfdaşlarla imzalanan sövdələşmələ müqavilələrinin gömrük qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması.

Tədris


    Yüksək peşəkarlıqla təşkil edilən gömrük orqanlarına qəbul imtahanı, gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının alınması üçün imtahanlara hazırlq, müəssisələrin dəvəti əsasında gömrük işinin təşkili, gömrük işi üzrə kadrların hazırlanması və s.

Müəssisələrdə gömrük işinin təşkili


    Müəssisələrdə gömrük işinin təşkili ilə bağlı peşəkar komanda ilə təlimlərin təşkili, gömrük qanunvericiliyinin izahı , müəssisənin əməkdaşlarına təlimdən sonra ödənişsiz konsultasiya.